Suriyada ərəblərlə kürdlər arasında müharibə gözlənilir

Baş səhifə

“Suriya qüvvələri kürdlərin təmsil olunduğu Suriya Demokratik Qüvvələrini (SDQ/YPG) hökumətlə dayandırılmış danışıqlarda güzəştə getməyə məcbur etmək üçün şimalda və şərqdə kürdlərin nəzarətində olan şəhərlərə hücum etməyə hazırlaşır”.

Modern.az Reuters-ə istinadən xəbər verir ki, Suriya Ərəb Ordusunun 5 diviziyası kürdlərin nəzarətində olan şəhərlərə hücumda iştirak edə bilər.

Əgər bu təzyiq tərəfləri danışıqlar masasına qaytara bilməsə, Suriya Ərəb Ordusu kürdlərin yarı-muxtar bölgələrini itirməsinə səbəb ola biləcək tammiqyaslı əməliyyat keçirməyi düşünür.

Suriya ordusunun iki komandirinin sözlərinə görə, Suriya qüvvələri Deyr əz-Zor əyalətindəki cəbhə xəttində yerləşdirilib.

Vaşinqton məhdud Suriya hərbi əməliyyatına açıq şəkildə qarşı çıxmayıb, lakin Suriya Demokratik Qüvvələrinin (SDQ/YPG) sözçüsü ABŞ-ın münaqişənin qarşısını almaq üçün kifayət qədər iş görmədiyini bildirib.