
Şəkidə 3 gün əvvəl qəzaya düşən şəxs ölüb.
“Report” un Şimal-qərb bürosunun məlumatına görə, yanvarın 13-də Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


