Bolqarıstanda növbədənkənar parlament seçkiləri elan olundu

Baş səhifə

Bakı. Trend:

Bolqarıstanda yeni hökumətin formalaşdırılması üçün edilən bütün
cəhdlər uğursuzluğa düçar olduğundan, ölkədə növbədənkənar
parlament seçkiləri keçiriləcək.

Trend bu haqda
xarici KİV-ə istinadən xəbər verir.

“Biz seçkilərə gedəcəyik”, – deyə ölkə Prezidenti Rumen Radev
bəyan edib.

Bundan əvvəl “Hüquq və Azadlıq naminə Alyans” (HAA) koalisiyası
yeni hökümətin qurulması üçün prezidentə mandatı qaytarmışdı.




Bu həftə prezident əvvəlcə “Dəyişiklikləri davam etdirək” –
“Demokratik Bolqarıstan” (PP-DB) koalisiyasına, daha sonra isə
“Bolqarıstanın Avropa inkişafı naminə vətəndaşlar” – “Demokratik
qüvvələr ittifaqı” (GERB-SDS) koalisiyasına mandat təqdim edib. Hər
iki koalisiya hökumət formalaşdırmaqdan imtina edib.

Yanvarın 16-da “Hüquq və azadlıqlar uğrunda alyans” (APS)
koalisiyası hökumətin formalaşdırılması üçün verilmiş mandatı
prezidentə geri qaytarıb.

Bolqarıstan qanunvericiliyinə əsasən, hökumət qurmaq üçün üç
uğursuz cəhddən sonra prezident parlament qrupları ilə
məsləhətləşmələr aparmalı, müvəqqəti hökumət təyin olunmalı və
bundan sonra seçkilərin tarixini elan etməlidir.