
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qalib gəlib.
“Report” xəbər verir ki, U-21 I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.
“Dalğa Arena”nın məşq meydanında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


