
Bakı.Trend:
Çinin “Galactic Energy” şirkəti 4 telekommunikasiya peykini
uğurla Yerə yaxın orbitə çıxarıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “Tianqi 37–40” kosmik aparatlarını daşıyan dörd
mərhələli bərk yanacaqlı “Ceres-1” raketi yanvarın 16-da Bakı vaxtı
ilə saat 00:10-da Sarı dənizin akvatoriyasında yerləşən Tayyuan
kosmodromunun platformasından buraxılıb.
Qeyd edək ki, “Galactic Energy” 2028-ci ilədək kosmik təyinatlı
raketlərin buraxılışı üçün dünyanın ilk elektromaqnit start
sistemini təqdim etməyi planlaşdırır.
Ötən ilin bahar aylarında “Ceres-1” raketinin köməyi ilə
“Galactic Energy” şirkəti səkkiz peyk buraxmışdı.


