
Goranboy rayonunda avtomobil mal-qaraya çırpılıb
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ” markalı avtomobil mal-qaraya çırpılıb. Qəza nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb və onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


