Qazaxıstan bu il BTC ilə neft tədarükünü 1,6 milyon tona çatdırmağı planlaşdırır

Baş səhifə
Qazaxıstan bu il BTC ilə neft tədarükünü 1,6 milyon tona çatdırmağı planlaşdırır

Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə tədarükünün həcmi 2026-cı ildə 1,6 milyon tona çatdırılması planlaşdırılır.

“Report”un məlumatına görə, bunu Qazaxıstan “KazMunayQaz” (KMG) neft-qaz şirkətinin mətbuat xidməti bildirib.

2025-ci ilin yekunları üzrə Qazaxıstan bu marşrut üzrə 1,3 milyon ton neft tədarük edib.

Qazaxıstan Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə BTC ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql edilib.