
Bakı. Trend:
Milli Məclis deputatlarının tətili başa çatıb.
Trend xəbər
verir ki, bu gündən Milli Məclisdə komitə iclaslarının
keçirilməsinə başlanılacaq.
Məlumat üçün bildirək ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il
iki növbəti yaz və
payız sessiyalarına yığılır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası
fevralın 1-də başlanır və mayın
31-dək davam edir.
Payız sessiyası sentyabrın 30-da başlanır və
dekabrın 30-dək davam edir.
Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyulun
15-dən avqustun 30-dək və yanvarın 1-dən
15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları
məzuniyyətdə sayılır.
Milli Məclisin komitəsinin iclası haqqında komitə üzvü iclas
gününə azı 2 gün qalmış xəbərdar edilməlidir.
Məlumat üçün bildirək ki, bu gün saat 11:00-da
Ailə, qadın və uşaq məsələləri, saat 14:00-da isə
Regional məsələlər komitəsinin iclası keçiriləcək.


