
Bakı. Trend:
Vaşinqtonun planına uyğun olaraq Qəzza zolağının yenidən
qurulmasına rəhbərlik edəcək Sülh Şurası yaradılıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.
“Sülh Şurasının yaradıldığını elan etmək mənim üçün böyük
şərəfdir. Şuranın üzvlərinin siyahısı tezliklə açıqlanacaq, amma
əminliklə deyə bilərəm ki, bu, indiyə qədər yaradılmış ən böyük və
ən nüfuzlu Şuradır”, – deyə o bildirib.


