
Bakı. Trend:
“Sumqayıt” 2025/2026-cı illər mövsümünün ikinci yarısı üçün ilk
futbolçu keçidini reallaşdırıb.
Trend-in
məlumatına görə, “kimyaçılar” müqavilə ilə Ukraynanın “Polissya”
klubuna məxsus yarımmüdafiəçi Emil Mustafayevi mövsümün sonuna
qədər icarəyə götürüb.
Qeyd edək ki, “Oleksandriya” klubunun yetirməsi olan Emil
Mustafayev karyerası boyunca “Çernomorets” və “Polissya”
klublarının uğurları üçün çalışıb. 24 yaşlı yarımmüdafiəçi
Azərbaycanın U-21 və A milli komandalarının da şərəfini
qoruyub.


