Netanyahu Trampdan İrana hücumu təxirə salmasını xahiş edib

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald
Trampdan İrana hücum planlarını təxirə salmasını istəyib.

Trend-in
məlumatına görə, bu barədə “”The New York Times” qəzetinin
mənbələri bildirib.




Məlumata əsasən, Netanyahu yanvarın 14-də ABŞ prezidenti ilə
telefonla danışıb.

Bildirilib ki, D.Trampın İrandakı gərginliyin azaldılması ilə
bağlı “çox vacib mənbələrdən” məlumat aldığına dair eyni gün
səsləndirdiyi fikir, onun İrana potensial hücumdan imtina etdiyini
göstərirdi.