“Neftçi”nin sabiq müdafiəçisi Qırğızıstan klubuna keçdi

Baş səhifə

Bakı. Trend:

“Neftçi”nin sabiq futbolçusu Solomon Kvirkveliya karyerasını
Qırğızıstanda davam etdirəcək.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, gürcüstanlı müdafiəçi “Toktoqul”la
anlaşıb.




33 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin 31 dekabr tarixinə
kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Solomon Kvirkveliya 2022/2023 mövsümündə “Neftçi”də çıxış edib. Gürcüstan millisinin üzvünün son klubu
ölkəsində Kutaisi “Torpedo”su olub.