Bakıda körpünün üzərində yol qəzası olub, xəsarət alanlar var – VİDEO

Baş səhifə

Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Bildirilib ki, qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməkliyi ilə avtomobildən çıxarılıb. Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün polis əməkdaşları tərəfindən zəruri şərait yaradılıb.