Binəqədidə yaşayış binası yaşayır – Sakinlər təxliyə edildi

Baş səhifə

Binəqədi rayonunda yataqxana binasında yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Modern.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. Bina sakinləri təxliyə edilib, xəsarət faktı qeydə alınmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

15:11

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.