Binəqədidə bina yanır

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən
binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı
Regional Mərkəzinin qüvvələri cəlb olunub.




Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.