
Bakı. Trend:
İlk avropalı hərbçilərdən ibarət bölmələr yanvarın 15-də
Qrenlandiyaya çatıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqtonda keçən zirvə-görüşünün nəticəsiz
qalmasından heç 7 saat keçməmiş Avropanın xüsusi təyinatlıları və
kəşfiyyatçılarından ibarət ilk bölmələri Qrenlandiyaya daxil
olub.
Bildirilir ki, hərbçiləri daşıyan “Hercules” nəqliyyat
təyyarəsinin göyərtəsində Danimarka və Fransadan olan əsgərlər yer
alıblar.
Qeyd edək ki, Danimarka krallığının müdafiə nazirliyinin
nümayəndəsi Tobias Roed Yensen bildirib ki, Danimarkalı hərbçilər
amerikalı hərbçilərin hücm edəcəyi təqdirdə cavab atəşi açmağa
borcludurlar.
Onun sözlərinə görə, Danimarka hərbçilərinə 1952-ci il kral
fərmanı ilə öz ərazilərini qorumaq hüququ verilib. Yensen əlavə
edib ki, bu fərman bütün ölkəyə, o cümlədən Qrenlandiyaya şamil
olunur. Krallığın müdafiə nazirliyinin nümayəndəsi izah edib ki, bu
sənəd Danimarka hərbçilərinə ölkəni siyasi və ya hərbi rəhbərliyin
göstərişini gözləmədən qorumağa imkan verir. Eyni zamanda, o,
Danimarka hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin mümkün zərbəsinə
necə cavab verəcəyi barədə konkret məlumat verməkdən imtina
edib.


