
Bakı.Trend:
Paris Danimarkanın müraciəti əsasında NATO-nun Qrenlandiyadakı
birgə hərbi təlimlərində iştirak edəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron
rəsmi “X” səhifəsində elan edib.
Onun sözlərinə görə, qoşunların ilk bölmələri artıq manevrlərin
keçiriləcəyi məkana göndərilib. Fransa lideri əməliyyatına “Arktik
dözümlülük” adını aldığını diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl Makron ABŞ-nin Qrenlandiyanı ilhaq
edəcəyi təqdirdə, bunun qlobal miqyasda misli görülməmiş zəncirvari
reaksiyalara yol açacağını xəbərdar etmişdi. O qeyd etmişdi ki,
Amerikalı vəzifəli şəxslərin ada ilə bağlı bəyanatlarına ciddi
yanaşır və suveren Avropa ölkəsinə (Danimarka nəzərdə tutulur –red)
əl uzatmasının neqativ fəsadları olacaq.


