
Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun prezidenti
Ənmar Əl-Xayli hələ də Lionel Messi ilə müqavilə imzalamaq
arzusunda olduğunu açıqlayıb.
Trend xəbər verir
ki, o, 2023-cü ildə Messinin PSJ-dən ayrıldıqdan sonra hazırda
“İnter Mayami”nin formasını geyinən hücumçuya edilən təklifi
xatırladıb.
Əl-Xaylinin sözlərinə görə, o zaman Messiyə 1,4 milyard avro
məbləğində təklif irəli sürülüb. “Mən Messiyə 1,4 milyard avro
təklif etdim. O, ailəsini inandırmasına baxmayaraq, ailəsinin
xatirinə belə yüksək təklifi rədd etdi”, – deyə klub prezidenti
bildirib.
O əlavə edib ki, hazırda da Messi üçün istədiyi qədər qazanc
əldə edə biləcəyi, müddəti hətta ömürlük ola bilən müqavilə təklif
etməyə hazırdır: “İstədiyi müddətə, hətta ömürlük müqavilə təklif
edərdim. Matçlar başlamazdan əvvəl belə çempionluğu qeyd edərdik,
çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olardıq”.


