Bakı. Trend:
2025-ci ildə dünya üzrə hər beş gəncdən biri əmək bazarında
iştirak etməyib və ya təhsil almayıb.
Trend-in
məlumatına görə, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan
Beynəlxalq Əmək Təşkilatının 2025-ci il üçün məşğulluq hesabatında
bildirilir.
Hesabata görə, əmək, təhsil və ya təlimlə məşğul olmayan
gənclərin nisbəti 20 %-ə çatıb. Bu o deməkdir ki, 257 milyon insan
gələcək əmək bazarı perspektivləri üçün zəruri bilik və təcrübə
qazanmaq imkanından məhrum olub.
Qeyd olunur ki, bu göstəricidə artım tendensiyası 2023-cü ildə
başlayıb və 2027-ci ilə qədər orta tempdə davam edəcək.
Təşkilatın məlumatına görə, göstərici yüksək gəlirli ölkələrdə
ən aşağı (10,9 %), aşağı gəlirli ölkələrdə isə ən yüksək (27,9 %)
səviyyədə olub.

