İngiltərə Liqa Kubokunun yarımfinalında “Arsenal” səfərdə “Çelsi”ni məğlub edib

Baş səhifə
İngiltərə Liqa Kubokunun yarımfinalında Arsenal səfərdə Çelsini məğlub edib

Londonun “Arsenal” klubu İngiltərə Liqa Kubokunun yarımfinalı çərçivəsində səfərdə “Çelsi”yə qalib gəlib.

“Report” xəbər verir ki, paytaxt derbisi 3:2 hesabı ilə başa çatıb.

Yeddinci dəqiqədə “topçular”ın müdafiəçisi Ben Uayt künc zərbəsindən ötürmədən sonra baş zərbəsi ilə hesabı açıb. 49-cu dəqiqədə hücumçu Viktor Dyökereş komandasının üstünlüyünü ikiqat artırıb. 57-ci dəqiqədə “Çelsi”nin vingeri Alexandro Qarnaço fərqi azaldıb. 71-ci dəqiqədə yarımmüdafiəçi Martin Subimendi “Arsenal”ın üçüncü qolunu vurub. 12 dəqiqə sonra Qarnaço dublunu rəsmiləşdirib.

Yarımfinalın cavab oyunu fevralın 2-də baş tutacaq.

Turnirin martın 22-də keçiriləcək finalında bu cütlüyün qalibi “Mançester Siti” – “Nyukasl” cütünün güclüsü ilə qarşılaşacaq.