
Bakı. Trend:
İran hakimiyyəti ölkədəki vəziyyətə tam nəzarət edir və İslam
Respublikasında sakitlik bərpa olunub.
Trend xəbər verir
ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi
açıqlayıb.
O bildirib: “İndi sakitlik qayıdıb. Hər şey nəzarətimizdədir və
ümid edək ki, müdriklik qalib gələcək və özümüzü hər kəs üçün
fəlakətli olacaq yüksək gərginlikli bir vəziyyətdə
tapmayacağıq”.


