Bakı. Trend:
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə
gücləndirib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
London təmsilçisi Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Konor
Qallaheri transfer edib. 25 yaşlı futbolçu ilə uzunmüddətli
müqavilə imzalanıb.
Qeyd edək ki, “Çelsi” yetirməsi olan Qallaher 2024-cü ilin
yayından İspaniya klubunda çıxış edib. O, cari mövsümdə
madridlilərin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 3 qol və
1 məhsuldar ötürmə ilə yadda qalıb.

