Niderland millisinin hücumçusu “Roma”ya keçib

Baş səhifə

Bakı. Trend:

“Aston Villa”nın hücumçusu Doniell Malen karyerasını İtaliya A
Seriyasında davam etdirəcək.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Roma” niderlandlı futbolçunun
keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat
yayıb.




“Canavarlar” Maleni məcburi satılalma bəndi ilə icarəyə götürüb. “Roma” İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək.
Satınalma məbləği isə 25 milyon avrodur.

Qeyd edək ki, “Aston Villa” Doniell Maleni 2025-ci ilin yanvar
ayında “Borussiya”dan 25 milyon avroya transfer edib. Niderland
millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində
meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə
yadda qalıb.