Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

Baş səhifə

Bakı. Trend:

Kino sənayesində dövlət sifarişi sisteminin, dəyər zəncirinin, o
cümlədən kütləvi nümayiş və yayım sisteminin
təkmilləşdiriləcək.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan
Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.




Belə ki, 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili əsasında
tədbirlərin, tərəfdaşların, icraçıların və əməkdaşlıq modellərinin
müəyyən edilməsi, kino sənayesində keyfiyyətə və millimənəvi
dəyərlərə üstünlük verilməsinə əsaslanan yeni dövlət sifarişi
sisteminin yaradılması və maliyyələşdirmə mənbələrinin
diversifikasiyası, rəqabətədavamlı dəyər zəncirlərinin
formalaşdırılması planlaşdırılır.