Paytaxtda silsilə oğurluq: 2 nəfər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.
Naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd notbukunu, digər
zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini
oğurlayıb.

Trend-in
məlumatına görə, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən
38 yaşlı U.Orucovu müəyyən edərək saxlayıb.




Belə ki, Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə
satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini
görüb mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən,
əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı
S.Mirzəyev də saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.