
Bakı.Trend:
Almaniyalı təqdiqatçılar Erfurt şəhəri yaxınlığında minlələrlə
Qara Ölüm (taun) epidemiyası qurbanlarının qalıqlarından ibarət
olduğu güman edilən orta əsrlərə aid kütləvi məzarlıq
aşkarlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tədqiqat qrupu kütləvi məzarlığın yerini tapmaq
üçün tarixi mənbələrdən, torpaq ölçmələrindən və çöküntü
nümunələrindən istifadə edib. İnsan qalıqlarının XIV əsr
mənbələrində qeyd olunan 12 min dəfnlə uyğun gəldiyi
bildirilir.
Qeyd edək ki, 1346 və 1353-cü illərdə Avropada başa alan Qara
ölüm və ya taun epidemiyası qitənin bir çox yerlərində əhalinin
yarıya qədərinin qırılmasına səbəb olub. Afrika, Asiya və Avropa
üzrə ümumi itki sayı 24 milyon nəfərə yaxın olub.


