Çin dünyaya 4 trilyon dollarlıq mal SATIB

Baş səhifə

2025-ci ildə Çinin ticarət profisiti rekord həddə – 1,2 trilyon dollara çatıb.

Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, bu artım Trampın tarif müharibəsindən sonra ABŞ-a göndərilən malların kəskin azalmasını kompensasiya edib.

Çinin əsas ixrac marşrutlarının əsas hissəsi Afrika, Cənub-Şərqi Asiya və Avropaya yönəlib, ABŞ-a ixrac isə 20% azalıb.

Geosiyasi risklərə və daxili tələbatın yavaşlamasına baxmayaraq, Çin bazarlarını şaxələndirməyə davam edir, ticarət əsaslarını gücləndirir və 2026-cı ildə rekord ixrac proqnozlaşdırır. 

Xatırladaq ki, Çin ötən il dünyaya 4 trilyon dollarlıq məhsul satıb.