Mirzoyan Ermənistanın TRIPP layihəsinə töhfəsindən danışıb

Baş səhifə
Mirzoyan Ermənistanın TRIPP layihəsinə töhfəsindən danışıb

Ararat Mirzoyan

Ermənistanın “TRIPP Development Company” (Tramp marşrutunun operatoru) birgə şirkətinə töhfəsi əsasən tikinti hüquqları və infrastrukturun istifadəsi ilə bağlıdır.

“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşünü şərh edərkən bildirib.

Görüş zamanı onlar iki ölkə arasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişi haqqında birgə bəyannaməni təsdiqləyiblər.