İZİA yeni avtomobillər alır – 206 min manat xərclənəcək

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyi (İZİA) yeni xidməti minik avtomobilləri sifariş
edəcək.

Trend-in
məlumatına görə, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

Belə ki, sifariş ediləcək 3 ədəd “Pickup” tipli nəqliyyat
vasitələrinin 2025-ci il istehsallı olması əsas şərtlərdəndir.




İZİA hazırda avtomobilləri təhvil verəcək şirkəti
müəyyənləşdirməkdir.

Eyni zamanda, agentlik avtomobillərin satın alınmasının 206,5
min manata başa gələcəyini proqnozlaşdırıb.

Beləliklə, bir avtomobilin satın alınması təqribən 68,8 min
manata başa gələcək.