Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın sərt tənqidlərinə məruz qalan
Federal Ehtiyat Sisteminin müstəqilliyinin zəifləməsi ilə bağlı
narahatlıqlar fonunda Yaponiyada qızılın qiyməti rekord səviyyəyə
qalxıb.

Trend xəbər verir ki, ölkənin
aparıcı qiymətli metal ticarəti şirkətlərindən olan “Tanaka
Kikinzoku” qızılın bir qramı üçün qiyməti 26 000 yen, yəni 163 ABŞ
dolları olaraq müəyyənləşdirib.




Bundan əlavə, “Comex” birjasında (Nyu-York əmtəə birjasının
bölməsi) 2026-cı ilin fevralında tədarük olunmaqla qızıl
fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 600 dollara
çataraq yeni tarixi rekorda imza atıb.