
Bakı. Trend:
“Mançester Siti”nin kapitanı Bernardo Silva karyerasını İspaniya
La Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Barselona” portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu
barədə insayder Ekrem Konur məlumat yayıb.
Silvanın İngiltərə klubu ilə müqaviləsi yayda başa çatır. Bunu
nəzərə alan “Barselona” 31 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə
yanvarda razılıq əldə etməyi planlaşdırır.
Qeyd edək ki, “Mançester Sİti” Bernanrdo Silvanı 2017-ci ilin
yayında “Monako”dan transfer edib. Portuqaliya millisinin üzvü bu
mövsüm “şəhərlilər”in heyətində meydana çıxdığı 31 rəsmi matçda 2
qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


