
Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ofsayd qaydasının
dəyişdirilməsi təklifini rədd edib.
Trend xəbər verir ki, bu
barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Daha əvvəl İspaniyanın AS qəzeti Beynəlxalq Futbol
Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarını
dəyişdirməyi nəzərdən keçirəcəyini bildirmişdi.
Hazırda, hücum edən oyunçunun bədəninin hər hansı bir hissəsi
ötürmə anında rəqibin qapısına qapıçı da daxil olmaqla, sonuncudan
sonrakı müdafiəçidən daha yaxındırsa, ofsayd hesab olunur.


