Tramp İranı çox sərt tədbirlərlə hədələyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti bu
həftə hökumət əleyhinə etiraz edən şəxslərin edamına başlayacağı
təqdirdə, ABŞ tərəfindən çox sərt addımlar atılacaq.

Trend xəbər verir ki, Tramp,
bu barədə “CBS News”a verdiyi müsahibədə bildirib.




“Biz qətiyyətli və sərt tədbirlər görəcəyik. Əgər onlar belə bir
addım atsalar, cavabımız çox sərt olacaq”, – deyə Tramp
vurğulayıb.

İran xalqına göstəriləcək dəstəyə toxunan Tramp qeyd edib ki,
yardım geniş miqyaslı və müxtəlif formalarda olacaq: “Göstəriləcək
yardım kifayət qədər çoxdur və müxtəlif istiqamətləri əhatə edəcək.
Buraya iqtisadi dəstək də daxildir”.