
Bakı. Trend:
ABŞ dünya bazarlarında neftin bir barelinin qiymətinin 53
dollara qədər azalmasını istəyir.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp Detroytda jurnalistlərlə görüşü
zamanı açıqlama verib.
“Bəli, bunu görmək istərdim. Hazırda qiymət bir barel üçün 58
dollar civarındadır. Bir barelin 53 dollar olmasını istərdim”, –
deyə ABŞ lideri qeyd edib.


