
Qazaxda minik avtomobili “TIR”a çırpılıb, ölən var.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazaxbəyli kəndində qeydə alınıb.
Yol qəzası nəticəsində ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


