Bakı. Trend:
Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin
kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş
verib.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin məlumatında deyilir.
Hadisə səbəbindən “20 Yanvar” metrostansiyası istiqamətində
nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan
qaldırılması istiqamətində tədbirlər görülür.

