“Beşiktaş”dan ayrılan müdafiəçi ölkəsinə qayıtdı

Baş səhifə

Bakı. Trend:

“Benfika”nın müdafiəçisi David Yuraşek karyerasını ölkəsində
davam etdirəcək.

Trend xəbər verir ki, “Slaviya” çexiyalı futbolçunu transfer edib. Bu barədə klubun
mətbuat xidməti məlumat yayıb.




Praqa təmsilçisi Yuraşek üçün Portuqaliya klubuna 3 milyon avro
təzminat ödəyib. 25 yaşlı sol cinah müdafiəçisi “Slaviya” ilə
2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, David Yuraşek mövsümün ilk yarısında icarə
əsasında “Beşiktaş”da çıxış edib. Çexiya millisinin üzvü İstanbul
nəhənginin heyətində 17 rəsmi matçda meydana çıxıb.