Bakı. Trend:
İsrail bir sıra BMT qurumları ilə əlaqələri kəsir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri
Gideon Saar açıqlayıb.
O, ölkəsinin Birləşmiş Millətlər Təşkilatının bir neçə strukturu
və təşkilatlı ilə əlaqələri dayandıracağını bildirib.
Nazirin sözlərinə görə, İsrailin əlaqələri kəsəcəyi qurumlar
arasında BMT-nin Sivilizasiyalar Alyansı və Qlobal Miqrasiya və
İnkişaf Forumu da var.

