
Azərbaycandan Ermənistana benzin idxalı ölkə bazarında yanacağın qiymətinin 15 % aşağı düşməsinə səbəb olub.
“Report” Ermənistan mediasına istinadən xıbır verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
“2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən “Premium” markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzinin qiyməti 15 % aşağı düşüb (bir litr üçün 510 dram əvəzinə 430 dram)”, – o deyib.
Baş nazir qeyd edib ki, iki gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub.
“Dizel yanacağı 2 % ucuzlaşıb. “Regular” markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8 % azalıb (11 dekabr tarixinə bu benzin növünün bir litri 500 dram idisə, indi 460 dramdır). Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır”, – N.Paşinyan vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

