Zaqatalada avtoqəza olub, ölən və xəsarət alan var

Baş səhifə
Zaqatalada avtoqəza olub, ölən və xəsarət alan var

Zaqatalada yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.