
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə
dair vahid informasiya bazasının yaradılması məqsədilə “Əmək və
Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu
istifadəyə verilib.
Trend xəbər
verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, bununla da əmək bazarında şəffaflığın
artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının
genişləndirilməsi məqsədilə həmin hüquqi şəxslərin reyestrinin
aparılması və işədüzəlmədə vasitəçilik fəaliyyəti üzrə hesabatlılıq
prosesi elektronlaşdırılıb.
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslər yeni modul vasitəsilə öz fəaliyyətləri, habelə onlara iş
üçün müraciət edən şəxslərin və işlə təmin etdikləri şəxslərin
sayına dair məlumatları Nazirliyə elektron formada təqdim
edəcəklər.
Bu da qeyd edilən məlumatların operativ və sistemli təqdim
edilməsinə, qeyd edilən sahədə şəffaflığın təminatına, kağız
daşıyıcılar və əlavə yazışmalar olmadan elektron mühitdə
hesabatlılığın həyata keçirilməsinə xidmət edir.
Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi
veb-səhifəsindəki reyestrlər bölməsi (https://dma.gov.az/reyestrler/iseduzeltme-vasitecilerinin-reyestri-661
) vasitəsilə də keçid edərək ƏMAS-ın bu xidmətindən istifadə edə
bilərlər.


