
Bakı. Trend:
Almaniya kansleri Fridrix Mertz İrandakı etiraz aksiyaları ilə
əlaəqdar Tehrana qarşı Avropa İttifaqının hazırlamaqda olduğu yeni
sanksiyaların anonsunu verib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Biz İran rəhbərliyini öz əhalisini təhdid etməyə deyil, əksinə
qorumağa çağırırıq. Bu məsələdə qətiyyət göstərmək məqsədilə biz
Avropa İttifaqının yeni sanksiyaları üzərində işləyirik”, – deyə
almaniyalı hökumət başçısı bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla
əməkdaşlıq edən ölkələrin mallarına qarşı 25 faizlik idxal rüsumun
tətbiq olunacağını bəyan edib. Ağ Ev rəhbəri bu haqda sərəncamın
dərhal qüvvəyə mindiyini açıqlayıb.


