
Fransanın “Nant” klubu “Bohum”un (Almaniya) yarımmüdafiəçisi İbraima Sissokonun transferini rəsmiləşdirib.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Keçidin maliyyə dəyəri 2 milyon avro təşkil edib. 28 yaşlı malili futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Qeyd edək ki, yarımmüdafiəçinin “Bohum”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


