Rusiyanın Xarkova hücumları nəticəsində 4 nəfər ölüb, yaralılar var

Baş səhifə
Rusiyanın Xarkova hücumları nəticəsində 4 nəfər ölüb, yaralılar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinə gecə saatlarında hücumları nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram səhifəsində məlumat yayıb.

“Xarkov ətrafına endirilən zərbə nəticəsində həlak olanların sayı 4-ə çatıb. Eyni zamanda, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, – O.Sinequbov yazıb.