Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alınıb

Baş səhifə
Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alınıb

Seysmoloqlar Kuril adaları yaxınlığında 5,6 maqnitudada hiss olunmuş zəlzələ qeydə alıblar.

“Report”un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.

Zəlzələ Saxalin vaxtı ilə saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34) qeydə alınıb. Zəlzələ ocağı dəniz dibinin 49 kilometr dərinliyində, episentri isə Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda yerləşib.

Yeraltı təkanların Severo-Kurilskdə 2 maqnitudada hiss olunduğu güman edilir.