İran XİN rəhbəri internet məhdudiyyətlərinin səbəbini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İranda internetə giriş məhdudiyyətləri etirazlar zamanı xarici
koordinasiyalı terror əməliyyatları başladıqdan sonra tətbiq
edilib.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri
Abbas Əraqçi deyib.




“İnternetin bağlanması xaricdən gələn əmrlər əsasında terror
əməliyyatlarına başlandığı zaman baş verib”, – deyə o bildirib.

“NetBlocks” Beynəlxalq internet monitorinq xidmətinin məlumatına
əsasən, İranda internetə çıxış 96 saatdan çoxdur ki,
məhdudlaşdırılıb. 9 yanvarda İran Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindən
məhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün tədbirlər
gördüyünü açıqlayıb.