Sumqayıtda avtomobil 63 yaşlı qadını vuraraq öldürüb

Baş səhifə
Sumqayıtda avtomobil 63 yaşlı qadını vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Belə ki, yolu keçən 1963-cü il təvəllüdlü Təhməzova Mənzər Həsən qızını avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.