“Real” yeni baş məşqçisini ictimaiyyətə açıqlayıb

Baş səhifə
Real yeni baş məşqçisini ictimaiyyətə açıqlayıb

İspaniyanın “Real” (Madrid) komandasının yeni baş məşqçisi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Madrid kollektivini İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olmuş Alvaro Arbeloa çalışdıracaq.

Müqavilənin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, Alvaro Arbeloa bu gün baş məşqçi postundan ayrılan Xabi Alonsonu əvəzləyib.

Arbeloa 2025-ci ilin yayından bəri “Real”ın ikinci komandası olan “Kastilya”ya rəhbərlik edib.