“Real Madrid” baş məşqçi Xabi Alonsonu istefaya göndərib

Baş səhifə

Bakı. Trend:

Xabi Alonso İspaniyanın “Real Madrid” futbol klubunun baş
məşqçisi vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti
bildirib.




Məlumata əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə
xitam verilib.

Qeyd edək ki, X.Alonso 2025-ci ilin may ayında “Real Madrid”ə
rəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2027/28 mövsümünün
sonuna qədər imzalanmışdı.