Moskva–Tehran əməkdaşlığı davam edəcək – Şoyqu

Baş səhifə

Bakı. Trend:

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı
həmkarı Əli Laricani ilə telefon danışığında xarici qüvvələrin
İranın daxili işlərinə müdaxilə cəhdini pisləyib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik
Şurası məlumat yayıb.

O, Moskva və Tehran arasında əməkdaşlığın inkişaf etdirilməsinə
hazır olduğunu bildirib.




Şoyqu baş verən hadisələr nəticəsində çoxsaylı insan tələfatı
ilə əlaqədar Əli Laricaniyə başsağlığı verib.

Tərəflər təhlükəsizliyin təmin olunması məqsədilə əlaqələrin
davam etdirilməsi və mövqelərin koordinasiyası barədə razılığa
gəliblər.